«Rəvan» Qəbələdə «5» aldı
Xəbərlər / 23 Sentyabr 2012 | 19:54286
«Rəvan» Qəbələdə «5» aldı

Əvəzedicilər çempionatının 6-cı turunda "Qəbələ" doğma divarlar arasında "Rəvan"ı qəbul etdi. İlk 5 turda qələbə qazana bilməyən Luis Araqonun yetirmələri paytaxt təmsilçisi ilə matça sürətli başladı. Buna baxmayaraq hesabı qonaqlar açdılar. 22-ci dəqiqədə Orxan Orucov "Rəvan"ı irəli çıxardı. "Qəbələ"nin cavabını isə cəmi 9 dəqiqə gözləmək lazım gəldi. Rey Məmmədbəyli dəqiq zərbə ilə status-kvonu bərpa etdi - 1:1. Meydan sahiblərinin aktivliyi 43-cü dəqiqədə fərqi "Qəbələ"nin xeyrinə dəyişdi.  Rey bir daha bakılıları meydanın mərkəzinə dəvət etdi - 2:1.
İkinci hissəyə də ilk yarıda olduğu kimi "Rəvan" qolla başladı. 54-cü dəqiqədə Sallieu Bundu hesabı bərabərləşdirdi - 2:2. Paytaxt təmsilçisinin 1 xal ümidi cəmi 7 dəqiqə sürdü. Rəqib müdafiəsini təzyiq altında saxlayan Rey het-trikini rəsmiləşdirdi - 3:2. 80-ci dəqiqədə Tərzin Cahangirov penaltidən hesab arasındakı fərqi ikiyə çatdırdı - 4:2. Bu da qarşılaşmada son qol olmadı. 85-ci dəqiqədə Elnur Mustafayev dəqiq zərbə ilə matçın nəticəsini müəyyənləşdirdi - 5:2. Beləliklə, "Qəbələ" mövsümün ilk qələbəsini darmadağınla qazandı.