Rey yenə fərqləndi, «Qəbələ» altılıqda möhkəmləndi
Xəbərlər / 26 Oktyabr 2012 | 18:15464
Qəbələ əvəzedicilər çempionatının X turunda Turanı qəbul edib. Əvəzedicilərimiz oyuna sürətli başlayıb və elə ilk dəqiqələrdən üstünlüyü ələ keçirib. Bu, 3-cü dəqiqədə komandamızın hesabı açması ilə nəticələnib. Tellur Mütəllimov Qəbələni irəli çıxarıb- 1:0. Birinci hissə Luis Araqonun oyunçularının xeyrinə başa çatıb.
İkinci hissə də Qəbələnin sıçrayışı ilə başladı. Sürətli hücumlarla rəqibi nəzarətdə saxlayan ev sahibləri 67-ci dəqiqədə hesab arasındakı fərqi ikiyə qaldırmağa müyəssər olublar. Bu dəfə son vaxtlar bombardir xüsusiyyətləri ilə tanınan Rey Məmmədbəyli rəqib qapısına yol tapıb- 2:0. Bu, onun cari mövsümdə 9-cu qoludur.
Qəbələ sonrakı şansları da dəyərləndirsəydi Turan meydanı daha ağır durumda tərk edə bilərdi. Hesab dəyişmədisə də əvəzedici komandamız oyunu qalib bitirərək cədvəldə 5-ci yerə yiyələndi və altılıqda möhkəmləndi.