Bu gün “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk ad gününü qeyd edir. Ukraynalı mütəxəssisin 51 yaşı tamam olur. 1965-ci il martın 22-də Ukraynanın İvano-Frankovsk vilayətinin Kolomıyski rayonunun Korniç kəndində anadan olan mütəxəssis ad gününü ikinci dəfə komandamızın baş məşqçisi kimi qeyd edir.
“Qəbələ” İdman Klubu 51 yaşlı mütəxəssisin doğum gününü təbrik edir, ona mənalı həyat, can sağlığı, uğurlar arzulayır.