AFFA-nın Apelyasiya Arbitraj Tribunalının iclası keçirilib. Yığıncaqda “Qəbələ”nin müraciətinə baxılıb.
Misli Premyer Liqasının VII turunun “Sumqayıt”la görüşündə qırmızı vərəqə alan Rövlan Muradov və klubumuz barəsində İntizam Komitəsinin qərarı ləğv edilib. Yarımmüdafiəçiyə verilən 2 oyunluq kənarlaşdırma cəzası və klub barəsindəki 1600 manat cərimə cəzası ləğv edilib.