Rüfət Əhmədov Azərbaycan yığmasında
Xəbərlər / 18 May 2021 | 21:51399
Rüfət Əhmədov Azərbaycan yığmasında

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. “Qəbələ”nin müdafiəçisi Rüfət Əhmədov da yığmaya çağırılıb. O, Ukrayna Futbol Federasiyasının dəvəti ilə mayın 25-dən 29-dək Valeri Lobanovskinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak edəcək komandanın hazırlıq prosesinə qatılacaq. Yığmamız qeyd olunan turnirə hazırlıq məqsədilə mayın 19-dan 24-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.

Xatırladaq ki, millimiz turnir çərçivəsində ilk oyununu mayın 26-da Ukrayna, 27-də isə Özbəkistan yığmasına qarşı keçirəcək. Turnir üçün heyətə dəvət olunacaq futbolçuların yekun siyahısı mayın 24-də açıqlanacaq.