Rüfət Əhmədov "Qəbələ"də
Xəbərlər / 10 Sentyabr 2025 | 17:4113465
Rüfət Əhmədov "Qəbələ"də

Akademiyamızın yetirməsi olan Rüfət Əhmədov yenidən “qırmızı-qaralar”ın formasını geyinəcək.

 

22 yaşlı sol cinah müdafiəçisi  “Turan Tovuz”dan icarəyə götürülüb. O,  mövsümün sonunadək “Qəbələ”nin uğurları üçün çalışacaq. Karyerası ərzində “Kəpəz”də də çıxış edən Rüfət Əhmədov U-21 milli komandasının heyətində 9 oyun keçirib. 

 

Qeyd edək ki, “Qəbələ” bunadək Salihu Nasiru, Xayme Syerra, Pirins Ovusu, Paulo Quimbila, İsaak Amoah, Adriel Ba Loua, Eduardo Kunde və İbrahim Sanqareni heyətinə cəlb edib.