Rüfət Əhmədov U-21-də
Xəbərlər / 28 Avqust 2020 | 15:25696
Rüfət Əhmədov U-21-də

"Qəbələ”nin futbolçusu Rüfət Əhmədov Azərbaycanın U-21 yığmasına çağırılıb. Müdafiəçi 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin Fransa ilə oyununun hazırlıq prosesinə qoşulub. 18 yaşlı futbolçunun yer aldığı yığma bu rəqiblə sentyabrın 7-də qarşılaşacaq. Saat 21:00-da başlayacaq görüş Sumqayıtdakı “Kapital Bank Arena”da təşkil olunacaq.

Xatırladaq ki, Əhmədovdan öncə Rövlan Muradovla İdris İnqaiablı da U-21-in hazırlığına çağırılıb.