Rusiyadan bürünc medalla
Xəbərlər / 22 Fevral 2014 | 20:50322
"Qəbələ" boksçusu Məhəmmədəli Tahirov Rusiyanın Anapa şəhərində keçirilən beynəlxalq turnirdə uğurlu çıxışla yadda qalıb. İlk qarşılaşmada Latviya təmsilçisini məğlub edən Tahirov ikinci görüşdə erməni əsilli Rusiya boksçusu ilə üz-üzə gəlib. Gürüş "Qəbələ" idmançısının üstünlüyü ilə keçib. Rəqibini mübarizədən kənarlaşdıran Məhəmmədəli yarımfinala adlayıb. Bu mərhələdə təmsilçimiz ABŞ boksçusuna məğlub olub və turniri bürünc medalla yekunlaşdırıb.