2014/15 mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” heyətini daha bir futbolçu ilə gücləndirib. Daha öncə Ruslan Əmircanov, Andrey Kristea və Adrian Ropotanı rənglərinə bağlayan "qırmızı-qaralar" Ruslan Abışovu da sıralarına qatıb. Rusiyanın "Rubin" klubuna məxsus futbolçu icarə əsasında 6 ay "Qəbələ"nin şərəfini qoruyacaq.
10 oktyabr 1987-ci ildə Bakıda anadan olan Ruslan peşəkar futbolçu karyerasına 2006-cı ildə paytaxt təmsilçisi "Neftçi"də start verib. 2012-ci ilədək sözügedən komandada top qovan yarımmüdafiəçi 2012/2013 mövsümündə "Xəzər Lənkəran"ın formasını geyinib. 2013-cü ildə isə Ruslanın ölkə xaricinə - Rusiyanın "Rubin" klubuna transferi reallaşıb.
Ruslan Abışov Azərbaycan milli komandasının aparıcı oyunçularındandır. O, yığma komandamızın heyətində 39 oyun keçirib və 4 dəfə rəqib qapılarına yol tapıb.