Ruslan Əmircanov «Acıbadem»də əməliyyat olundu
Xəbərlər / 10 Dekabr 2014 | 20:47770
Ruslan Əmircanov «Acıbadem»də əməliyyat olundu

Azərbaycan milli komandası və “Qəbələ” klubunun futbolçusu Ruslan Əmircanov Türkiyədə əməliyyat olunub. 29 yaşlı müdafiəçinin əməliyyatı İstanbulda - "Acıbadem" Fulya Xəstəxanasında baş tutub. Travmotoloq-cərrah professor Ömer Taşer tərəfindən gerçəkləşdirilən əməliyyat uğurla sona çatıb. Əmircanovun 1 ay sonra yaşıl meydanlara dönməsi gözlənilir.
Qeyd edək ki, Azərbaycan millisinin heyətində AVRO-2016-nın seçmə mərhələsinin İtaliya və Xorvatiya ilə oyunları öncəsi Almaniyada toplanış keçən zaman xəsarət alan Ruslan təxminən 2 aydır zədədən əziyyət çəkirdi. Menisk problemi ilə Türkiyəyə yollanan futbolçunun müayinəsi onun meniskində yırtığın olmasını, əməliyyatının zəruriliyini üzə çıxarmışdı.