«Sabah»la 12-ci oyun
Xəbərlər / 12 Sentyabr 2020 | 10:57243
«Sabah»la 12-ci oyun

Azərbaycan Premyer Liqasında II tura sabah yekun vurulacaq. Turun son oyununda “Qəbələ” meydana çıxacaq. Mövsümdə ilk səfər matçını keçirəcək “qırmızı-qaralar” “Sabah”ın qonağı olacaq. Görüş Bakıdakı “BanK Respublika Arena”da keçiriləcək. Bu qarşılaşma iki komanda arasında 12-ci duel olacaq. İlk dəfə 2018/19 mövsümündə görüşən rəqiblər indiyədək 11 dəfə üz-üzə gəlib. Bunlardan yeddisi Premyer Liqa, dördü Azərbaycan kubokuna təsadüf edib.

“Qəbələ”nin 7 dəfə qalib gəldiyi matçlarda bakılılar 3 qələbə qazanıbsa, bir matçda heç-heçə qeydə alınıb. Komandamız rəqib qapısına 15 qol vurub, 9-nu buraxıb. Bu qarşılaşmalarda “qırmızı-qaralar”ın ən məhsuldar oyunçuları Davit Volkovla Klesio Bauk hərəyə 3 qol vurublar.

Premyer Liqadakı oyunlarda hər komanda 3 dəfə qalib gəlib, 1 matç sülhlə başa çatıb. Rəqiblər hərəyə 7 dəfə qol sevinci yaşayıb. “Qəbələ” səfərdəki 6 görüşdə 4 dəfə qaib gəlibsə, 2 dəfə meydan sahibləri üstün olub. Bu oyunlarda top fərqi qonaqların xeyrinədir – 8:6.

 

2018/19 mövsümü

16.09.2018. Premyer Liqa. “Sabah” – “Qəbələ” – 1:0

Marko Deviç, 23

04.11.2018. Premyer Liqa. “Qəbələ” – “Sabah” – 2:1

Ceyms Adeniyi, 5; Stiven Monroz, 15 // Bəxtiyar Soltanov, 52

16.12.2018. Azərbaycan Kuboku. “Qəbələ” – “Sabah” – 1:0

Filip İvanoviç, 45 (ö.q.)

20.12.2018. Azərbaycan Kuboku. “Sabah” – “Qəbələ” – 0:1

Ceyms Adeniyi, 80

09.02.2019. Premyer Liqa. “Sabah” – “Qəbələ” – 0:1

Rauf Əliyev, 31

01.04.2019. Premyer Liqa. “Qəbələ” – “Sabah” – 0:0

 

2019/20 mövsümü

14.09.2019. Premyer Liqa. “Sabah” – “Qəbələ” – 0:1

Roman Hüseynov, 47

03.11.2019. Premyer Liqa. “Qəbələ” – “Sabah” – 1:2

Davit Volkov, 43 // Cavid İmamverdiyev, 54; Hendrik Ekşteyn, 73

15.12.2019. Azərbaycan kuboku. “Qəbələ” – “Sabah” – 3:0

Klesio Bauk, 19, 43; Ülvi İsgəndərov, 87

19.12.2019. Azərbaycan kuboku. “Sabah” – “Qəbələ” – 2:3

Bəhlul Mustafazadə, 62, 75 // Davit Volkov, 22, 23; Klesio Bauk, 65

07.02.2020. Premyer Liqa. “Sabah” – “Qəbələ” – 3:2

Marko Deviç, 19; Mario Marina, 22; Ehtiram Şahverdiyev, 64 (ö.q.) // Ülvi İsgəndərov, 5; Nikolas Raysel, 90+2 (p.)