«Sabah»la 8-ci qarşılaşma
Xəbərlər / 1 Noyabr 2019 | 23:21210
«Sabah»la 8-ci qarşılaşma

“Qəbələ” Azərbaycan Premyer Liqasının II dövrəsində ilk ev oyununu keçirəcək. Dövrəni iki səfər matçı ilə başlayan “qırmızı-qaralar” “Sabah”ı qəbul edəcək. Paytaxt təmsilçisi ilə X turun görüşü Qəbələ şəhər stadionunda baş tutacaq.

Bu, bakılılarla 8-ci qarşılaşma olacaq. Komandalar indiyədək 7 dəfə görüşüb. Oyunlardan 6-sı ötən mövsümə, 1-i cari çempionata təsadüf edib. Əvvəlki matçlarda böyük üstünlüyə malik “Qəbələ”nin hesabında 5 qələbə, 1 heç-heçə və yalnız 1 məğlubiyyət var. İlk görüşdə uduzduqdan sonra 6 oyundur uduzmayan “qırmızı-qaralar” top fərqində də öndədir – 6:2.  Bütün qələbələri eyni – 1:0 hesabı ilə olan komandamız son beş qarşılaşmada qapısını toxunulmaz saxlayıb. “Qəbələ”nin “Sabah”la matçlarında yalnız bir futbolçu – Ceyms Adeniyi iki top vurmağı bacarıb.

7 görüşdən 2-si kubok, 5-i Premyer Liqaya təsadüf edib. Çempionatdakı qarşılaşmalarda 3 qələbə, 1 heç-heçə və 1 məğlubiyyəti olan komandamız top fərqində də öndədir – 4:2.

“Qəbələ” 4-cü dəfə “Sabah”ı öz meydanında qəbul edəcək. Əvvəlki 3 oyunda uduzmayan “qırmızı-qaralar” 2 qələbə və 1 heç-heçəyə malikdir. Vurulan 4 qoldan üçü futbolçularımızın, biri rəqibin aktivindədir. 

 

2018/19 mövsümü

16.09.2018. Premyer Liqa. “Sabah” – “Qəbələ” – 1:0

Marko Deviç, 23

04.11.2018. Premyer Liqa. “Qəbələ” – “Sabah” – 2:1

Ceyms Adeniyi, 5; Stiven Monroz, 15 // Bəxtiyar Soltanov, 52

16.12.2018. Azərbaycan Kuboku. “Qəbələ” – “Sabah” – 1:0

Filip İvanoviç, 45 (ö.q.)

20.12.2018. Azərbaycan Kuboku. “Sabah” – “Qəbələ” – 0:1

Ceyms Adeniyi, 80

09.02.2019. Premyer Liqa. “Sabah” – “Qəbələ” – 0:1

Rauf Əliyev, 31

01.04.2019. Premyer Liqa. “Qəbələ” – “Sabah” – 0:0

2019/20 mövsümü

14.09.2019. Premyer Liqa. “Sabah” – “Qəbələ” – 0:1

Roman Hüseynov, 47