«Sabah» - «Qəbələ»: 14-cü duel
Xəbərlər / 2 Aprel 2021 | 13:56176
«Sabah» - «Qəbələ»: 14-cü duel

Bu həftə Azərbaycan Premyer Liqasında III dövrə başa çatacaq. Milli komandaların oyunları ilə əlaqədar fasilədən sonra ilk matçına çıxacaq “Qəbələ” “Sabah”la görüşəcək. “Qırmızı-qaralar” paytaxt təmsilçisi ilə səfərdə qarşılaşacaq. Bu iki komanda arasında 14-cü matç olacaq. İndiyədək keçirilən 13 oyundan 9-u Premyer Liqa, 4-ü ölkə kuboku çərçivəsində baş tutub. 8 dəfə qalib gələn “Qəbələ” 1 dəfə heç-heçə edib və 4 matçda uduzub. Bu qarşılaşmalarda 17 top vuran futbolçularımız 13 qol buraxıb. “Qırmızı-qaralar”ın “Sabah”la görüşlərdəki ən məhsuldar oyunçuları Davit Volkovla Klesio Bauk hərəyə 3 qol vurublar.

Premyer Liqada komandalar hərəyə 4 qələbə qazanıbsa, bir görüşdə sülh qeydə alınıb. Çempionatda 9 qol vuran komandamız 11 top buraxıb.

“Qəbələ” səfərdəki 7 görüşdə 4 dəfə qaib gəlibsə, 3 dəfə meydan sahibləri üstün olub. Bu oyunlarda top fərqi meydan sahiblərinin xeyrinədir – 9-8.

Xatırladaq ki, aprelin 4-də keçiriləcək “Sabah” - “Qəbələ” oyunu saat 17:30-da başlayacaq.

 

2018/19 mövsümü

16.09.2018. Premyer Liqa. “Sabah” – “Qəbələ” – 1:0

Marko Deviç, 23

04.11.2018. Premyer Liqa. “Qəbələ” – “Sabah” – 2:1

Ceyms Adeniyi, 5; Stiven Monroz, 15 // Bəxtiyar Soltanov, 52

16.12.2018. Azərbaycan Kuboku. “Qəbələ” – “Sabah” – 1:0

Filip İvanoviç, 45 (ö.q.)

20.12.2018. Azərbaycan Kuboku. “Sabah” – “Qəbələ” – 0:1

Ceyms Adeniyi, 80

09.02.2019. Premyer Liqa. “Sabah” – “Qəbələ” – 0:1

Rauf Əliyev, 31

01.04.2019. Premyer Liqa. “Qəbələ” – “Sabah” – 0:0

2019/20 mövsümü

14.09.2019. Premyer Liqa. “Sabah” – “Qəbələ” – 0:1

Roman Hüseynov, 47

03.11.2019. Premyer Liqa. “Qəbələ” – “Sabah” – 1:2

Davit Volkov, 43 // Cavid İmamverdiyev, 54; Hendrik Ekşteyn, 73

15.12.2019. Azərbaycan kuboku. “Qəbələ” – “Sabah” – 3:0

Klesio Bauk, 19, 43; Ülvi İsgəndərov, 87

19.12.2019. Azərbaycan kuboku. “Sabah” – “Qəbələ” – 2:3

Bəhlul Mustafazadə, 62, 75 // Davit Volkov, 22, 23; Klesio Bauk, 65

07.02.2020. Premyer Liqa. “Sabah” – “Qəbələ” – 3:2

Marko Deviç, 19; Mario Marina, 22; Ehtiram Şahverdiyev, 64 (ö.q.) // Ülvi İsgəndərov, 5; Nikolas Raysel, 90+2 (p.)

2020/21 mövsümü

13.09.2020. Premyer Liqa. “Sabah” – “Qəbələ” – 3:0

Coşqun Diniyev, 17; Bəhlul Mustafazadə, 28; Ramil Şeydayev, 64

31.10.2020. Premyer Liqa. “Qəbələ” – “Sabah” – 2:1

Yusif Nəbiyev, 31; Nikolas Raysel, 53 // Ramil Şeydayev, 81