Milli komandaların oyunları ilə əlaqədar Premyer Liqada yaranan fasilə bu həftə başa çatacaq. “Qəbələ” iki gün davam edəcək III turda “Sabah”la görüşəcək. Turun ilk günündə meydana çıxacaq “qırmızı-qaralar” sentyabrın 11-də səfər sınağına çıxacaq. Elmar Baxşıyevin yetirmələri üçün bu “Sabah”la 16-cı qarşılaşma olacaq. Əvvəlki 15 matçda üstünlük “Qəbələ”nin tərəfindədir. 8 dəfə rəqibini məğlub edən “Qəbələ”
2 dəfə heç-heçə edib və 5 görüşdə uduzub. İndiyədək rəqib qapısına 19 qol vuran futbolçularımız 16 top buraxıblar. Davit Volkov, Klesio Bauk və Nikolas Raysel daha çox - hərəyə 3 qol vurublar.
Əvvəlki 15 oyundan 11-i çempionat, 4-ü kubok çərçivəsində baş tutub. Premyer Liqada 4 qələbə və 2 heç-heçəsi olan “Qəbələ” 5 qarşılaşmadan xalsız ayrılıb. Top fərqi də bakılıların xeyrinədir – 11:14.
“Qəbələ” səfərdəki 8 görüşdə 4 dəfə qaib gəlib. Digər 4 matçda meydan sahibləri qələbə qazanıb. Bu oyunlarda top fərqində meydan sahibləri üstündür – 10-8.
Xatırladaq ki, sentyabrın 11-də keçiriləcək “Sabah” - “Qəbələ” oyunu saat 18:00-da başlayacaq
2018/19 mövsümü
16.09.2018. Premyer Liqa. “Sabah” – “Qəbələ” – 1:0
Marko Deviç, 23
04.11.2018. Premyer Liqa. “Qəbələ” – “Sabah” – 2:1
Ceyms Adeniyi, 5; Stiven Monroz, 15 // Bəxtiyar Soltanov, 52
16.12.2018. Azərbaycan Kuboku. “Qəbələ” – “Sabah” – 1:0
Filip İvanoviç, 45 (ö.q.)
20.12.2018. Azərbaycan Kuboku. “Sabah” – “Qəbələ” – 0:1
Ceyms Adeniyi, 80
09.02.2019. Premyer Liqa. “Sabah” – “Qəbələ” – 0:1
Rauf Əliyev, 31
01.04.2019. Premyer Liqa. “Qəbələ” – “Sabah” – 0:0
2019/20 mövsümü
14.09.2019. Premyer Liqa. “Sabah” – “Qəbələ” – 0:1
Roman Hüseynov, 47
03.11.2019. Premyer Liqa. “Qəbələ” – “Sabah” – 1:2
Davit Volkov, 43 // Cavid İmamverdiyev, 54; Hendrik Ekşteyn, 73
15.12.2019. Azərbaycan kuboku. “Qəbələ” – “Sabah” – 3:0
Klesio Bauk, 19, 43; Ülvi İsgəndərov, 87
19.12.2019. Azərbaycan kuboku. “Sabah” – “Qəbələ” – 2:3
Bəhlul Mustafazadə, 62, 75 // Davit Volkov, 22, 23; Klesio Bauk, 65
07.02.2020. Premyer Liqa. “Sabah” – “Qəbələ” – 3:2
Marko Deviç, 19; Mario Marina, 22; Ehtiram Şahverdiyev, 64 (ö.q.) // Ülvi İsgəndərov, 5; Nikolas Raysel, 90+2 (p.)
2020/21 mövsümü
13.09.2020. Premyer Liqa. “Sabah” – “Qəbələ” – 3:0
Coşqun Diniyev, 17; Bəhlul Mustafazadə, 28; Ramil Şeydayev, 64
31.10.2020. Premyer Liqa. “Qəbələ” – “Sabah” – 2:1
Yusif Nəbiyev, 31; Nikolas Raysel, 53 // Ramil Şeydayev, 81
04.04.2021. Premyer Liqa. “Sabah” – “Qəbələ” – 1:0
Ramil Şeydayev, 45+1
14.05.2021. Premyer Liqa. “Qəbələ” – “Sabah” - 2:2
Nikolas Raysel, 63 (p.); Stefan Vukçeviç, 65 // Xulio Sezar Rodriqez, 29; Slavik Alxasov, 59