Bu gün Misli Premyer Liqasında XII tura start veriləcək. “Qəbələ” turun son günündə meydana çıxacaq. “Qırmızı-qaralar” oktyabrın 30-da “Sabah”la qarşılaşacaq. Bakıdakı “Bank Respublika Arena”da təşkil olunacaq görüş iki komanda arasında 21-ci matç olacaq. Bunadək rəqiblər ümumilikdə 20 dəfə görüşüb. Əvvəlki oyunlarda üstünlük “Qəbələ”nin tərəfindədir. 9 dəfə rəqibini məğlub edən komandamız 3 dəfə heç-heçə edib və 8 görüşdə uduzub. Rəqib qapısına 23 qol vuran futbolçularımız 25 top buraxıblar. Ülvi İsgəndərov, Davit Volkov, Klesio Bauk və Nikolas Raysel bu matçlarda daha çox - hərəyə 3 qol vurublar.
İndiyədək keçirilən 20 matçdan 16-sı çempionat, 4-ü kubok çərçivəsində baş tutub. Premyer Liqada 5 qələbə və 3 heç-heçəsi olan “Qəbələ” 8 qarşılaşmadan xalsız ayrılıb. Top fərqi bakılıların xeyrinədir – 15-23.
“Qəbələ” səfərdəki 10 görüşdə 5 dəfə qaib gəlib. Digər 5 matçda meydan sahibləri qələbə qazanıb. Bu oyunlarda top fərqində paytaxt klubu öndədir – 13-10.
Xatırladaq ki, oktyabrın 30-da Bakıdakı “Bank Respublika Arena”da keçiriləcək “Sabah” - “Qəbələ” oyunu saat 17:30-da başlayacaq.
2018/19 mövsümü
16.09.2018. Premyer Liqa. “Sabah” – “Qəbələ” – 1:0
Marko Deviç, 23
04.11.2018. Premyer Liqa. “Qəbələ” – “Sabah” – 2:1
Ceyms Adeniyi, 5; Stiven Monroz, 15 // Bəxtiyar Soltanov, 52
16.12.2018. Azərbaycan Kuboku. “Qəbələ” – “Sabah” – 1:0
Filip İvanoviç, 45 (ö.q.)
20.12.2018. Azərbaycan Kuboku. “Sabah” – “Qəbələ” – 0:1
Ceyms Adeniyi, 80
09.02.2019. Premyer Liqa. “Sabah” – “Qəbələ” – 0:1
Rauf Əliyev, 31
01.04.2019. Premyer Liqa. “Qəbələ” – “Sabah” – 0:0
2019/20 mövsümü
14.09.2019. Premyer Liqa. “Sabah” – “Qəbələ” – 0:1
Roman Hüseynov, 47
03.11.2019. Premyer Liqa. “Qəbələ” – “Sabah” – 1:2
Davit Volkov, 43 // Cavid İmamverdiyev, 54; Hendrik Ekşteyn, 73
15.12.2019. Azərbaycan kuboku. “Qəbələ” – “Sabah” – 3:0
Klesio Bauk, 19, 43; Ülvi İsgəndərov, 87
19.12.2019. Azərbaycan kuboku. “Sabah” – “Qəbələ” – 2:3
Bəhlul Mustafazadə, 62, 75 // Davit Volkov, 22, 23; Klesio Bauk, 65
07.02.2020. Premyer Liqa. “Sabah” – “Qəbələ” – 3:2
Marko Deviç, 19; Mario Marina, 22; Ehtiram Şahverdiyev, 64 (ö.q.) // Ülvi İsgəndərov, 5; Nikolas Raysel, 90+2 (p.)
2020/21 mövsümü
13.09.2020. Premyer Liqa. “Sabah” – “Qəbələ” – 3:0
Coşqun Diniyev, 17; Bəhlul Mustafazadə, 28; Ramil Şeydayev, 64
31.10.2020. Premyer Liqa. “Qəbələ” – “Sabah” – 2:1
Yusif Nəbiyev, 31; Nikolas Raysel, 53 // Ramil Şeydayev, 81
04.04.2021. Premyer Liqa. “Sabah” – “Qəbələ” – 1:0
Ramil Şeydayev, 45+1
14.05.2021. Premyer Liqa. “Qəbələ” – “Sabah” - 2:2
Nikolas Raysel, 63 (p.); Stefan Vukçeviç, 65 // Xulio Sezar Rodriqez, 29; Slavik Alxasov, 59
2021/22 mövsümü
11.09.2021. Premyer Liqa. “Sabah” – “Qəbələ” – 0:2
Yaovi Akakpo, 53, Ülvi İsgəndərov, 90+3
31.10.2021. Premyer Liqa. “Qəbələ” – “Sabah” – 1:3
İsnik Alimi, 69 (p.) // Coy-Lens Mikels, 20; Fofana Tiemoko, 39; Aleksey İsayev, 63
08.02.2022. Premyer Liqa. “Sabah” – “Qəbələ” – 3:0
Coy-Lens Mikels, 38; Xuan Kamara, 41; Xulio Sezar Rodrigez, 76
21.05.2022. Premyer Liqa. “Qəbələ” – “Sabah” – 1:1
Murad Musayev, 68 // Aleksey Kaşuk, 86
2022/23 mövsümü
28.08.2022. Premyer Liqa. “Qəbələ” – “Sabah” – 0:2
Davit Volkov, 48; Coy Lens Mikels, 64