“Sabah” – “Qəbələ”: 5-ci duel
Xəbərlər / 7 Fevral 2019 | 14:15244
“Sabah” – “Qəbələ”: 5-ci duel

Bu həftə Topaz Premyer Liqasında XVI turun oyunları keçiriləcək. “Qəbələ” mövsümün ikinci yarısında ilk səfər matçına çıxacaq. “Qırmızı-qaralar” Premyer Liqanın debütantı “Sabah”la üz-üzə gələcək.

Bu, rəqiblərin 5-ci oyunu olacaq. Əvvəlki 4 görüşün hamısı cari mövsümə təsadüf edib. Komandalar iki dəfə Premyer Liqa, iki dəfə Azərbaycan kubokunun 1/4 finalında üz-üzə gəliblər.

İlk matç debütantın minimal hesablı qələbəsi ilə başa çatsa da, sonrakı 3 görüşdə Sənan Qurbanovun yetirmələri qalib gəlib. 4 matçda hələlik heç-heçə qeydə alınmayıb. Məhsuldarlığın aşağı olduğu oyunlarda “Qəbələ” dörd qol vurub, ikisini buraxıb. “Sabah”la qarşılaşmaların bombardiri Ceyms Adeniyidir. O, rəqib qapısına 2 dəfə yol tapıb.

“Sabah”ın meydanındakı qarşılaşmalarda isə eyni hesab qeydə alınır. Hər iki görüşün taleyini 1 top həll edib. Çempionatda meydan sahibləri, kubokda “Qəbələ” qalib gəlib.

2018/19 mövsümü

16.09.2018. Premyer Liqa. “Sabah” – “Qəbələ” – 1:0

Marko Deviç, 23

04.11.2018. Premyer Liqa. “Qəbələ” – “Sabah” – 2:1

Ceyms Adeniyi, 5; Stiven Monroz, 15 // Bəxtiyar Soltanov, 52

16.12.2018. Azərbaycan Kuboku. “Qəbələ” – “Sabah” – 1:0

Filip İvanoviç, 45 (ö.q.)

20.12.2018. Azərbaycan Kuboku. “Sabah” – “Qəbələ” – 0:1

Ceyms Adeniyi, 80