Topaz Premyer Liqasının XVI turunun oyunları üçün təyinatlar açıqlanıb. Fevralın 9-10-da keçiriləcək qarşılaşmaların hakimləri, hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib. İlk oyun günündə “Sabah”la qarşılaşacaq “Qəbələ”nin səfər matçının da təyinatları bəlli olub.
Fevralın 9-da Bakıdakı “Əlincə Arena”da baş tutacaq görüşü Səbuhi Bayramov idarə edəcək. Onun başçılıq etdiyi hakimlər briqadasında Yaşar Abbasov, Nahid Əliyev və Nahid Xasıyev də yer alacaq.
Saat 16:00-da start götürəcək oyunun hakim-inspektoru Zöhrab Qədiyev, AFFA nümayəndəsi isə Erkin Hüseynov olacaq.
Topaz Premyer Liqası
XVI tur
9 fevral (şənbə)
16:00. “Sabah” – “Qəbələ”
Hakimlər: Səbuhi Bayramov, Yaşar Abbasov, Nahid Əliyev, Nahid Xasıyev
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Əlincə Arena”