«Sabah» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 13 Sentyabr 2018 | 00:44368
«Sabah» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi

Topaz Premyer Liqasında IV turun təyinatları açıqlanıb. Sentyabrın 14-16-da keçiriləcək oyunları idarə edəcək hakimlər, onların işinə qiymət verəcək hakim-inspektor, həmçinin AFFA nümayəndəsi müəyyənləşib. Səfərdə “Sabah”la qarşılaşacaq “Qəbələ”nin görüşünün təyinatları da bəlli olub. Sentyabrın 16-da “Əlincə Arena”da baş tutacaq qarşılaşmanı Rauf Cabbarov idarə edəcək. Onun köməkçiləri isə Elşən Acalovla Elşad Abdullayev olacaq. Matçın dördüncü hakimi funksiyasını Rəvan Həmzəzadə yerinə yetirəcək.

Xatırladaq ki, sentyabrın 16-da “Əlincə Arena”da baş tutacaq oyun saat 19:00-da başlayacaq.

 

Topaz Premyer Liqası

IV tur

16 sentyabr (bazar)

 

19:00. “Sabah” – “Qəbələ”

Hakimlər: Rauf Cabbarov, Elşən Acalov, Elşad Abdullayev, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Seymur Səlimli

Hakim-inspektor: Murad Məmmədov

“Əlincə Arena”