Azərbaycan Premyer Liqasında IV turun oyunları üçün bütün təyinatlar açıqlanıb. “Qəbələ”nin “Sabah”la səfər matçının hakimləri, hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib. Sentyabrın 14-də Bakıdakı “Bank Respublika Arena”da keçiriləcək qarşılaşmanın baş hakimi Vüqar Həsənli olacaq. Ona Pərvin Talıbovla Vüqar Bayramov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Etibar Həsənov yerinə yetirəcək. Görüşün hakim-inspektoru Asim Xudiyev, AFFA nümayəndəsi Eldəniz Musayev olacaq.
Xatırladaq ki, “Sabah” – “Qəbələ” oyunu saat 20:00-da başlayacaq.
Azərbaycan Premyer Liqası
IV tur
14 sentyabr (şənbə)
20:00. “Sabah” – “Qəbələ”
Baş hakim: Vüqar Həsənli
Baş hakimin köməkçiləri: Pərvin Talıbov, Vüqar Bayramov
Dördüncü hakim: Etibar Həsənov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Bank Respublika Arena”