«Sabah» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 5 Fevral 2020 | 11:21307
«Sabah» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi

Azərbaycan Premyer Liqasında XVI turun oyunları üçün təyinatlar açıqlanıb. “Sabah”ın qonağı olacaq “Qəbələ”nin səfər matçının hakimləri, hakim-inspektor və AFFA nümayəndəsi müəyyənləşib. Fevralın 7-də Bakıdakı “Bank Respublika Arena”da keçiriləcək qarşılaşmanın baş hakimi Rəvan Həmzəzadə olacaq. Ona Cəmil Quliyev və Vüqar Bayramov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Vüqar Həsənli yerinə yetirəcək. Görüşün hakim-inspektoru Ceyhun Haşımov, AFFA nümayəndəsi Eldəniz Musayev olacaq.

Xatırladaq ki, “Sabah” – “Qəbələ” oyunu saat 19:00-da başlayacaq.

 

Azərbaycan Premyer Liqası

XVI tur

7 fevral (cümə)

19:00. “Sabah” – “Qəbələ”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Vüqar Həsənli

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Eldəniz Musayev

“Bank Respublika Arena”