«Sabah» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 11 Sentyabr 2020 | 20:37248
«Sabah» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi

Azərbaycan Premyer Liqasında II turun son iki oyunu üçün təyinatlar açıqlanıb. “Sabah”ın qonağı olacaq “Qəbələ”nin səfər matçının hakimləri, hakim-inspektor və AFFA nümayəndəsi müəyyənləşib. Sentyabrın 13-də Bakıdakı “Bank Respublika Arena”da keçiriləcək qarşılaşmanın baş hakimi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Görüşün hakim-inspektoru Fariz Yusifov, AFFA nümayəndəsi Rüfət Əmirov olacaq.

Xatırladaq ki, “Sabah” – “Qəbələ” oyunu saat 19:00-da başlayacaq.

 

Azərbaycan Premyer Liqası

II tur

13 sentyabr (bazar)

19:00. “Sabah” – “Qəbələ”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov

Hakim-inspektor: Fariz Yusifov

AFFA nümayəndəsi: Rüfət Əmirov

“Bank Respublika Arena”