Azərbaycan Premyer Liqasında XXI turun son oyunları üçün təyinatlar açıqlanıb. “Sabah”ın qonağı olacaq “Qəbələ”nin səfər matçının hakimləri, hakim-inspektor və AFFA nümayəndəsi müəyyənləşib. Aprelin 4-də Bakıdakı “Bank Respublika Arena”da keçiriləcək qarşılaşmanın baş hakimi Rəhim Həsənov olacaq. Ona Namiq Hüseynovla Eyyub İbrahimov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamranbəy Rəhimov yerinə yetirəcək. Görüşün hakim-inspektoru Babək Quliyev, AFFA nümayəndəsi Maşallah Əhmədov olacaq.
Xatırladaq ki, “Sabah” – “Qəbələ” oyunu saat 17:30-da başlayacaq.
Azərbaycan Premyer Liqası
XXI tur
4 aprel (bazar)
17:30. “Sabah” –“ Qəbələ”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“Bank Respublika Arena”