«Sabah» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 10 Sentyabr 2021 | 11:23140
«Sabah» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi

Azərbaycan Premyer Liqasında III turun ilk gününün oyunları üçün təyinatlar açıqlanıb. “Sabah”ın qonağı olacaq “Qəbələ”nin səfər matçının hakimləri, hakim-inspektor və AFFA nümayəndəsi müəyyənləşib. Sentyabrın 11-də Bakıdakı “Bank Respublika Arena”da keçiriləcək qarşılaşmanın baş hakimi Rauf Cabarov olacaq. Ona Namiq Hüseynovla Müslüm Əliyev kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamranbəy Rəhimov yerinə yetirəcək. Görüşün hakim-inspektoru Zöhrab Qədiyev, AFFA nümayəndəsi Əsgər Əmirəliyev olacaq.

Xatırladaq ki, “Sabah” – “Qəbələ” oyunu saat 18:00-da başlayacaq.

 

Azərbaycan Premyer Liqası

III tur

11 sentyabr (şənbə)

18:00. “Sabah” – “Qəbələ”

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamranbəy Rəhimov

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

“Bank Respublika Arena”