«Sabah» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 6 Fevral 2022 | 12:57400
«Sabah» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi

Azərbaycan Premyer Liqasında XV turun oyunları üçün təyinatlar açıqlanıb. “Sabah”ın qonağı olacaq “Qəbələ”nin mövsümün ikinci yarısındakı ilk matçının hakimləri, hakim-inspektor və AFFA nümayəndəsi müəyyənləşib. Fevralın 8-də Bakıdakı “Bank Respublika Arena”da keçiriləcək qarşılaşmanın baş hakimi Elçin Məsiyev olacaq. Ona Elşad Abdullayevlə Cavanşir Yusifov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. 

Xatırladaq ki, “Sabah” – “Qəbələ” oyunu saat 17:00-da başlayacaq.

 

Azərbaycan Premyer Liqası

XV tur

8 fevral (çərşənbə axşamı)

17:00. “Sabah” – “Qəbələ”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Cavanşir Yusifov, Tural Qurbanov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

“Bank Respublika Arena”