Misli Premyer Liqasında XII turun oyunları üçün təyinatlar açıqlanıb. “Sabah”ın qonağı olacaq “Qəbələ”nin mövsümün səfər matçının hakimləri, hakim-inspektor və AFFA nümayəndəsi müəyyənləşib. Oktyabrın 30-da Bakıdakı “Bank Respublika Arena”da keçiriləcək qarşılaşmanın baş hakimi Tural Qurbanov olacaq. Ona Eyyub İbrahimov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.
Xatırladaq ki, “Sabah” – “Qəbələ” oyunu saat 17:30-da başlayacaq.
Misli Premyer Liqası
XII tur
17:30. “Sabah” – “Qəbələ”
Hakimlər: Tural Qurbanov, Eyyub İbrahimov, Vüsal Məmmədov, Fərid Hacıyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elman Musayev
“Bank Respublika Arena”