Misli Premyer Liqasında XXVIII turun oyunları üçün təyinatlar açıqlanıb. “Sabah”ın qonağı olacaq “Qəbələ”nin IV dövrədəki ilk matçının hakimləri, hakim-inspektor və AFFA nümayəndəsi müəyyənləşib. Aprelin 2-də Bakıdakı “Bank Respublika Arena”da keçiriləcək qarşılaşmanın baş hakimi Cavid Cəlilov olacaq. Ona Rahil Ramazanov və Teymur Teymurov kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.
Xatırladaq ki, “Sabah” – “Qəbələ” oyunu saat 18:00-da başlayacaq.
Misli Premyer Liqası
XXVIII tur
2 aprel (bazar)
18:00. “Sabah”– “Qəbələ”
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Teymur Teymurov, İnqilab Məmmədov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Yavər Rəhimov
“Bank Respublika Arena”