Azərbaycan Premyer Liqasında I turun oyunları üçün təyinatlar açıqlanıb. “Sabah”ın qonağı olacaq “Qəbələ”nin mövsümdəki ilk matçının hakimləri, hakim-inspektor və AFFA nümayəndəsi müəyyənləşib. Avqustun 6-da Bakıdakı “Bank Respublika Arena”da keçiriləcək qarşılaşmanın baş hakimi Cavid Cəlilov olacaq. Ona Rahil Ramazanov və Şirmamed Mamedov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Allahverdiyev yerinə yetirəcək.
Xatırladaq ki, “Sabah” – “Qəbələ” oyunu saat 20:00-da başlayacaq.
Azərbaycan Premyer Liqası
I tur
6 avqust
20:00. “Sabah” – “Qəbələ”
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Şirmamed Mamedov, Rauf Allahverdiyev
VAR: Rəşad Əhmədov
AVAR: Cavanşir Yusifov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Bank Respublika Arena”