Misli Premyer Liqasında XXVI turun oyunları üçün təyinatlar açıqlanıb. “Sabah”ın qonağı olacaq “Qəbələ”nin səfər matçının hakimləri, hakim-inspektor və AFFA nümayəndəsi müəyyənləşib. Sabah Bakıdakı “Bank Respublika Arena”da keçiriləcək qarşılaşmanın baş hakimi İnqilab Məmmədov olacaq. Ona Rəhman İmami və Şirmamed Mamedov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Əli Əliyev yerinə yetirəcək.
Qeyd edək ki, “Sabah” – “Qəbələ” oyunu saat 17:30-da başlayacaq.
Misli Premyer Liqası
9 mart (şənbə)
17:30. “Sabah” – “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Rəhman İmami, Şirmamed Mamedov, Əli Əliyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
“Bank Respublika Arena”