Misli Premyer Liqasında X turun təyinatları bəlli olub.
Turun son günündə keçiriləcək “Sabah” – “Qəbələ” matçının baş hakimi Fərid Hacıyev olacaq. Ona Rəhman İmami və Şirmamed Mamedov kömək edəcəklər.
Dördüncü hakim Kamran Əliyev, VAR Nicat İsmayıllı, AVAR isə Eyyub İbrahimov olacaq. Orxan Məmmədov hakim-inspektor, Asif Əliyev AFFA nümayəndəsi vəzifəsini yerinə yetirəcək.
Qeyd edək ki, noyabrın 3-də “Bank Respublika Arena”da keçiriləcək görüş saat 19:30-da başlayacaq.