Bizon Azərbaycan Kubokunda 1/4 finalın ilk görüşlərinin təyinatları açıqlanıb.
“Sabah” – “Qəbələ” oyununun hakimləri də bəlli olub. Sabah keçiriləcək matçı Fərid Hacıyev idarə edəcək.
Onun köməkçiləri Asiman Əzizli və Rəhman İmami, dördüncü hakim Kamran Əliyev olacaq. Nicat İsmayıllı VAR, Zeynal Zeynalov AVAR funksiyasını yerinə yetirəcək. Babək Quliyev hakim-inspektor, Elgiz Abbasov AFFA nümayəndəsi olacaq.
Qeyd edək ki, fevralın 4-də “Bank Respublika Arena”da keçiriləcək matç saat 19:30-da başlayacaq.