Misli Premyer Liqasında XXIII turun son üç oyununun təyinatları açıqlanıb.
“Qəbələ”nin III dövrədəki ilk oyununu İnqilab Məmmədov idarə edəcək. Martın 10-da keçiriləcək “Sabah” – “Qəbələ” matçının köməkçi hakimləri Rahil Ramazanov və Teymur Teymurov, dördüncü hakimi Kamran Əliyev olacaq.
Nicat İsmayıllı VAR, Cəmil Quliyev AVAR funksiyasını yerinə yetirəcək. Oyunun hakim-inspektoru Babək Quliyev, AFFA nümayəndəsi Nəriman Axundov olacaq.
Qeyd edək ki, “Bank Respublika Arena”da keçiriləcək matç saat 19:15-də başlayacaq.