Topaz Premyer Liqasında XVI turun oyunlarının vaxtı açıqlanıb. “Qəbələ”nin mövsümün ikinci yarısında keçirəcəyi ilk səfər matçının başlanma vaxtı müəyyənləşib. “Qırmızı-qaralar”ın “Sabah”la fevralın 9-da keçiriləcək qarşılaşması saat 16:00-da başlayacaq. Görüş Bakıdakı “Əlincə Arena”da baş tutacaq.
Xatırladaq ki, oyun “CBC Sport” televiziya kanalı ilə canlı yayımlanacaq.
Topaz Premyer Liqası
XVI tur
9 fevral
16:00. “Sabah” – “Qəbələ”
“Əlincə Arena”