Azərbaycan Premyer Liqasında II turun oyun cədvəli məlum olub. Turun matçları sentyabrın 11-13-də keçiriləcək. “Qəbələ” turun son günündə meydana çıxacaq. “Qırmızı-qaralar” mövsümün ilk səfər matçında “Sabah”la qarşılaşacaq. Sentyabrın 13-də “Bank Respublika Arena”da baş tutacaq görüş saat 19:00-da start götürəcək. Qarşılaşma “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.
Azərbaycan Premyer Liqası
II tur
13 sentyabr (bazar)
19:00. “Sabah” – “Qəbələ”
“Bank Respublika Arena”