Azərbaycan Premyer Liqasında III turun oyun cədvəli məlum olub. Milli komandaların qarşılaşmaları ilə əlaqədar yaranan fasilədən sonrakı turun matçları sentyabrın 11-12-də keçiriləcək. “Qəbələ” turun ilk günündə meydana çıxacaq. “Qırmızı-qaralar” “Sabah”la qarşılaşacaq. Sentyabrın 11-də “Bank Respublika Arena” stadionunda baş tutacaq görüş saat 18:00-da start götürəcək. Qarşılaşma “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
Premyer Liqa
III tur
11 sentyabr (şənbə)
18:00. “Sabah” – “Qəbələ”
“Bank Respublika Arena”