Azərbaycan Premyer Liqasında XV turun oyun cədvəli məlum olub. Mövsümün ikinci yarısının ilk turunun matçları fevralın 7-8-də keçiriləcək. “Qəbələ” turun ikinci günündə meydana çıxacaq. “Qırmızı-qaralar” “Sabah”la qarşılaşacaq. Ayın 8-də “Bank Respublika Arena” stadionunda baş tutacaq görüş saat 17:00-da start götürəcək. Qarşılaşma “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
Premyer Liqa
XV tur
8 fevral (çərşənbə axşamı)
17:00. “Sabah” – “Qəbələ”
“Bank Respublika Arena”