Azərbaycan Premyer Liqasında 2023-2024-cü illər mövsümünün ilk turunun oyun cədvəli açıqlanıb. Avqustun 4-də start götürəcək turun görüşləri üç günü əhatə edəcək.
“Qəbələ” son oyun günündə meydana çıxacaq. “Qırmızı-qaralar” “Sabah”ın qonağı olacaq. Avqustun 6-da keçiriləcək qarşılaşma “Bank Respublika Arena”da baş tutacaq. Oyunun start fiti saat 20:00-da veriləcək.
Xatırladar ki, qarşılaşma “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
Azərbaycan Premyer Liqası
I tur
6 avqust (bazar)
20:00. “Sabah” – “Qəbələ”
“Bank Respublika Arena”