“Qəbələ” yay fasiləsində ilk legioner transferini gerçəkləşdirib. “Qırmızı-qaralar” Albaniya milli komandasının futbolçusu Sabien Lilayı heyətinə qatıb. 29 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb. Futbolçu Qəbələ TV-yə müsahibəsində karyerasından, komandamıza keçidindən danışıb, azarkeşlərə səsləndi.