“West Hospital”ın təqdimatında komandamızın sağlamlıq durumu: “Qəbələ”nin dörd futbolçusu hazırlıqda iştirak etmir.
Onlardan biri – Rüfət Əhmədov mövsümün ikinci yarısının hazırlığını davam etdirmək üçün Türkiyənin Antalya şəhərinə yollanan “qırmızı-qaralar”ın düşərgəsindədir. Bərpa prosesi keçən müdafiəçi fərdi məşqlərlə kifayətlənir.
Bərpa dövrünü keçirən digər iki oyunçumuz isə toplanışa yollanmayıb. Urfan Abbasovla Yaovi Akakpo bu prosesi Bakıda keçir.
“Qəbələ”nin yeni transferi Patrik Robson da hələlik hazırlığa qatıla bilmir. Koronavirusa yoluxan braziliyalı hücumçu vətənindədir.