“West Hospital”ın təqdimatında komandamızın sağlamlıq durumu: “Qəbələ”nin üç futbolçusu hazırlıqda iştirak etmir.
Rüfət Əhmədov komandamızın Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışına qatılıb. Lakin hazırlıq prosesi müddətində “qırmızı-qaralar”ın düşərgəsində olan müdafiəçi fərdi məşqlərlə kifayətlənib.
Digər iki oyunçu zədədən sonrakı bərpa prosesini komandadan ayrı keçir. Toplanışa yollanmayan Urfan Abbasovla Yaovi Akakpo bərpa dövrünü Bakıda gerçəkləşdirir.