“West Hospital”ın təqdimatında komandamızın sağlamlıq durumu: “Qəbələ”nin dörd futbolçusu hazırlıqda iştirak etmir.
Oyunçulardan üçü zədədən sonra bərpa dövrü keçir. Bu üzdən Rüfət Əhmədov, Urfan Abbasov və Yaovi Akakpo komanda ilə məşq etmir. Onlar fərdi hazırlıqla kifayətlənir.
Dizindən zədə alan Gülağa Əsədovun müalicəsi üçün cərrahi müdaxiləyə ehtiyac yaranıb. Gənc futbolçu fevralın 9-da əməliyyat olunacaq. Əsədov bunun üçün Türkiyənin İstanbul şəhərinə yollanacaq.