Sağlamlıq bülleteni
Xəbərlər / 14 Fevral 2022 | 16:21139
Sağlamlıq bülleteni

“West Hospital”ın təqdimatında komandamızın sağlamlıq durumu: “Qəbələ”nin dörd futbolçusu hazırlıqda iştirak etmir.

Bərpa dövrünü başa vuran Rüfət Əhmədov topla məşqlərə başlayıb. O, fərdi qaydada çalışır.

İki futbolçu zədədən sonra bərpa dövrü keçir. Buna görə də Urfan Abbasov və Yaovi Akakpo komanda ilə məşq etmir.

Gülağa Əsədovun Türkiyənin İstanbul şəhərindəki əməliyyatı uğurla keçib. Gənc futbolçu bu gün Azərbaycana qayıdacaq.