“West Hospital”ın təqdimatında komandamızın sağlamlıq durumu: “Qəbələ”nin üç futbolçusu hazırlıqda iştirak etmir.
Premyer Liqanın XVI turunun “Səbail”lə oyununda zədələnən Asif Məmmədov və bərpa dövrünü başa vuran Urfan Abbasov artıq komandaya qoşulub. Hər iki futbolçu “Sumqayıt”la XVII turun dünənki qarşılaşmasında (4:0) heyətdə olub. Asif bu matçda ehtiyatda olsa da, Urfan 90 dəqiqə mübarizə aparıb.
Rüfət Əhmədov həm komanda, həm fərdi məşqlərini davam etdirir. Yaovi Akakpo fərdi bərpa prosesindədir. Gülağa Əsədov isə əməliyyat sonrası dövrü keçir.