“West Hospital”ın təqdimatında komandamızın sağlamlıq durumu: “Qəbələ”nin üç futbolçusu hazırlıqda iştirak etməyəcək.
Zədədən sonra tam bərpa olunan Samet Karakoç sabahdan komanda ilə məşqlərə qoşulacaq. Digər zədəli futbolçumuz Fernan Lopes müalicə prosesini davam etdirir. İspaniyalı yarımmüdafiəçinin komanda hazırlıqlarına nə vaxt qatılacağı qarşıdakı günlərdə dəqiqləşəcək. Yaovi Akakpo və Gülağa Əsədov isə proqram üzrə bərpa prosesini davam etdirir.