“West Hospital”ın təqdimatında komandamızın sağlamlıq durumu: “Qəbələ”nin üç futbolçusunun proqram üzrə bərpa prosesi davam edir.
“Qırmızı-qaralar”ın vitse-kapitanı Urfan Abbasov bu gün çarpaz bağlarından əməliyyat olunub. Müdafiəçinin cərrahi müdaxiləsi uğurla yekunlaşıb. Yaovi Akakpo və Gülağa Əsədov isə zədədən sonra xüsusi proqram üzrə bərpa prosesi keçir.