“West Hospital”ın təqdimatında komandamızın sağlamlıq durumu: “Qəbələ”nin dörd futbolçusu komandanın məşq prosesində iştirak etmir.
Misli Premyer Liqasının I turunun “Turan Tovuz”la oyununun hazırlıq prosesində zədələnən Rüfət Əhmədov səfərə yollanan heyətdə yer almayıb. Urfan Abbasov, Gülağa Əsədov və Yaovi Akakpo isə proqram üzrə bərpa prosesini davam etdirirlər.