“West Hospital”ın təqdimatında komandamızın sağlamlıq durumu: “Qəbələ”nin dörd futbolçusu komandanın məşq prosesində iştirak etmir.
Misli Premyer Liqasının I turunun “Turan Tovuz”la oyununun hazırlıq prosesində zədələnən Rüfət Əhmədovun durumuna aydınlıq gəlib. “West Hospital”da müayinə olunan müdafiəçinin sağ ayağının çarpaz bağlarının qopduğu müəyyənləşib. Əhmədov yaxın günlərdə əməliyyat olunacaq. Arxa xətt oyunçusu təxminən 6 ay meydanlardan kənar qalacaq.
Urfan Abbasov, Gülağa Əsədov və Yaovi Akakpo isə proqram üzrə bərpa prosesini davam etdirirlər.