Sağlamlıq bülleteni
Xəbərlər / 30 Avqust 2022 | 16:17135
Sağlamlıq bülleteni

“West Hospital”ın təqdimatında komandamızın sağlamlıq durumu: “Qəbələ”nin üç futbolçusu komandanın məşq prosesində iştirak etmir.

Sağ ayağının çarpaz bağları qopan Rüfət Əhmədov həftəsonu əməliyyat olunacaq. Urfan Abbasov və Yaovi Akakpo proqram üzrə bərpa prosesini davam etdirirlər. Zədədən sonrakı bərpa dövrünü başa vuran Gülağa Əsədov isə “Qəbələ-2”nin məşqlərinə qoşulub.