“West Hospital”ın təqdimatında komandamızın sağlamlıq durumu: “Qəbələ”nin üç futbolçusu hazırlıq prosesində iştirak etmir.
Rüfət Əhmədov əməliyyat sonrası reabilitasiya dövrü keçir. Urfan Abbasov və Yaovi Akakpo proqram üzrə bərpa prosesini davam etdirirlər. Misli Premyer Liqasının VIII turunun “Səbail”lə oyununda (2:1) zədələnən Murad Musayev tibbi müayinədən keçib. Başına tikiş vurulan müdafiəçi bir günlük istirahətdən sonra komandanın məşqlərinə qatılıb.