“West Hospital”ın təqdimatında komandamızın sağlamlıq durumu: “Qəbələ”nin üç futbolçusu hazırlıq prosesində iştirak etmir.
Rüfət Əhmədov əməliyyat sonrası reabilitasiya dövrü keçir. Yaovi Akakpo proqram üzrə bərpa prosesini davam etdirir.
Mikrozədəsi olan Asif Məmmədov komandanın bu gün keçirilən məşqinə qatılıb. Misli Premyer Liqasının XII turunun “Sabah”la səfər oyununda (1:2) zədələnən Rafael Utziqin müalicəsi davam edir. Bərpa prosesini başa vuran Urfan Abbasov artıq komandanın topsuz çalışmalarında iştirak etsə də, hələlik toplu məşqlərə qatılmır.