“West Hospital”ın təqdimatında komandamızın sağlamlıq durumu: “Qəbələ”nin iki futbolçusu hazırlıq prosesində iştirak etmir.
Rüfət Əhmədov əməliyyat sonrası reabilitasiya dövrü keçir. Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Qarabağ”la cavab oyununda (1:0) zədələnən Məqsəd İsayev bərpa prosesini davam etdirir. Onun sabah məşqlərə qoşulması gözlənilir.